Həkimlər hər müayinəni çəkib GÖSTƏRMƏLİDİRMİ?backend

Həkimlər hər müayinəni çəkib GÖSTƏRMƏLİDİRMİ?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Fleboloq Cərrah İsmayıl Əsgərov pasiyentlərin müayinəsini açıq-aşkar video qeydiyyata alaraq sosial şəbəkədə yayır. Pasiyent şikayətçi deyil. Amma bu formada görüntülərin paylaşılması nə qədər doğrudur? Bu etik sayıla bilərmi? Məsələyə Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin yanaşması belədir:

NOCOMMENT.az xəbər verir ki, Səhiyyə Nazirliyi yanında Analitik Ekspertiza Mərkəzi tərəfindən vətəndaşların həyat və sağlamlığına real təhlükə yarada biləcək hallarla bağlı daxil olan rəsmi müraciətlər əsasında araşdırmalar aparılır. Belə hallarda zərurət yarandıqda qanunvericiliyə uyğun olaraq plandankənar yoxlamalar həyata keçirilir.

Qurumdan bildirilib ki, müraciətə qeyd olunan həkim İsmayıl Əskərovun xəstənin müayinəsi zamanı videoçəkiliş aparması faktını araşdıraraq, belə qənaətə gəlinir ki, onun dediklərində şəxsi və ya klinikanın reklam edilməsi faktı yoxdur. Həkim, sadəcə, müalicənin necə düzgün aparılmasından danışır ki, bu da maarifləndirmə kimi qəbul edilir. Məsələnin etik tərəfinə gəldikdə, əgər pasiyentin şikayəti yoxdursa, çəkiliş onun razılığı ilə baş tutub. Əgər pasiyent bu faktdan şikayət edərsə, və şikayət mahiyyəti üzrə həkim səhlənkarlığından və ya məsuliyyətsiziyi səbəbindən vətəndaşın səhhətində problem yaranarsa (sağlamlığına zərər dəymişsə), o zaman Səhiyyə Nazirliyinin müvafiq qurumu tərəfindən araşdırma aparıla və qanunvericiliyə uyğun tədbir görülə bilər.

Lakin, şikayətin mahiyyəti mülki məsələdirsə (etik qaydalar pozulubsa), o zaman sözügedən hal hüquq-mühafizə orqanlarının araşdırma predmeti ola bilər.
Azərbaycan Respublikası Səhiyyə nazirinin 29 dekabr 2011-ci il tarixli əmrilə təsdiq edilmiş “Həkimlərin etik davranış qaydalarının” VI bəndinə əsasən, həkimlərin tibbi xarakterli nəşrlərdə, elmi forum və ictimai çıxışlarında, habelə media ilə maarifləndirmə fəaliyyətində etik normalara əməl etməsi, çıxışların yalnız elmi-praktik məzmun daşıması, reklam və qeyri-sağlam rəqabət elementləri daşımaması tələb olunur. Həkim öz vəzifəsindən digər hüquqi və fiziki şəxslərin reklamı və maraqlarının təbliği məqsədilə istifadə etməməlidir.

Həmçinin, qeyd edilib ki, Azərbaycan Respublikasının “Reklam haqqında Qanunun” 2.0.1.-ci bəndinə əsasən, istehlakçının diqqətini reklam obyektinə müxtəlif vasitə və üsullardan istifadə olunmaqla istənilən formada cəlb etmək, marağını formalaşdırmaq və saxlamaq, əmtəəni bazarda tanıtmaq və satışını stimullaşdırmaq məqsədi ilə yayımlanan məlumat reklam hesab edilir.\\Ajans.az