Həlak olan rus nazirin vəzifəsi erməniyə tapşırıldıbackend

Həlak olan rus nazirin vəzifəsi erməniyə tapşırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yevgeni Ziniçevin faciəli ölümündən sonra Rusiyanın Fövqəladə hallar naziri səlahiyyətlərinin icrasını müvəqqəti olaraq nazirin birinci müavini, daxili xidmət general-polkovniki Aleksandr Çupriyan yerinə yetirəcək.

NOCOMMENT rus mətbuatına istinadən xəbər verir ki, bu barədə RİA-Novosti-yə situasiya ilə tanış olan mənbə bildirib.

“Ziniçevin həlak olmasından sonra Rusiya Fövqəladə Hallar nazirinin vəzifələri daxili xidmət general-polkovniki Aleksandr Petroviç Çupriyana həvalə ediləcək”, – deyə agentliyin həmsöhbəti vurğulayıb.