Hələbdə mobil rabitə və internetin fəaliyyəti qismən dayandırılıb.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “Sham FM” radiosu məlumat yayıb.
Məlumata görə, şəhərdə bütün banklar, pul köçürmələri və valyuta mübadiləsi məntəqələri bağlanıb.
Bildirilib ki, şəhərdə hərəkət zəifdir, sakinlərin əksəriyyəti zərurət olmadıqca küçəyə çıxmır.