“Helen” qasırğası ABŞ-ın cənub-şərqində subasmaya yol açıb.
NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, qasırğa 63 nəfərin ölümünə səbəb olub, 3 milyon evin elektrik enerjisiylə təchizatı dayanıb.
Sentyabrın 26-dan başlayaraq “Helen” qasırğasından daha çox Florida, Corciya, Cənubi Karolina, Tennessi və digər ştatları əziyyət çəkib. Qasırğanın mərkəzində küləyin sürəti saatda 225 km-ə çatıb, dördüncü səviyyəyə yüksəlib.