Həll yolunu tapa bilməyən “taksi problemi”:  Yeni qanun nəyi dəyişəcək?backend

Həll yolunu tapa bilməyən “taksi problemi”: Yeni qanun nəyi dəyişəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Taksi xidmətində “qaqaş, hara gedirik” ifadəsi olmamalıdır”.

NOCOMMENT.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı deyib. Ekspert bildirib ki, Azərbaycanda taksi fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı qanun qəbul olunub:

“Yaxın günlərdə bu istiqamətdə dəyişiklərin şahidi olacağıq. Artıq avtomobillərdə taksi sürücüsü barədə məlumat lövhəsi olacaq. Taksi sürücüsünün hərəkətləri ilə bağlı şikayət etmək üçün konkret ünvan olacaq. Belə şikayətlər daxil olduqca taksi sürücülərinin mərkəzi bazasında olan məlumatı yavaş-yavaş qırmızı rəngə boyanacaq. Gələcəkdə digər şirkətlər problemli və sərnişinlərin narazı olduğu sürücülərlə işləməyəcəklər. Ona görə sürücülər indidən işlərini düzüb-qoşsunlar, sərnişinlərlə normal rəftar etsinlər”.

Elməddin Muradlı sürücülərin əksəriyyətinin yaşlı insan olduğunu diqqətə çəkib:

“Xüsusi ilə vəzifədə olan insanlardır, danışmağı xoşlayırlar, uyğun adam görəndə ünsiyyət qurmağa çalışırlar. Əslində, bu, insanlıq halıdır, amma bezdirici olmamlıdır. Taksiyə əyləşən kimi başlayırlar ki, “mənim Rusiyada 3 restoranım var, taksiyə hobbi kimi baxıram. Arada bir-iki saat fırlanıram ki, günüm keçsin” deyə insanların zəhləsini tökməməlidirlər. Məsələn, sərnişin oturan kimi “qaqaş hara gedirik?” deyirlər. Qaqaş yox, hörmətli sərnişin, müəllim, xanım, bəy kimi ifadələr olmalıdır. Yükü varsa, ona kömək etməlidir. Taksi sürücücü nə qədər xoş münasibət qurursa, bir o qədər də müştərinin diqqətini cəlb edir. Belə olanda sərnişin ona artıq pul da verir”.