Həm Ermənistanı, həm də Azərbaycanı buna təşviq edirik – Zaxarovabackend

Həm Ermənistanı, həm də Azərbaycanı buna təşviq edirik – Zaxarova

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Həm Ermənistan, həm də Azərbaycanla yaxın münasibətlərdə olan Rusiya Federasiyası, Ermənistan-Azərbaycan sərhədindəki vəziyyətə və əlbəttə ki, rus sülhməramlılarının yerləşdiyi Qarabağdakı vəziyyətə xüsusi diqqət yetirir”.

NOCOMMENT.az “RIA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib. “Əlbəttə, Ermənistan-Azərbaycan sərhədinin müəyyən hissələrində gərginliyin artmasının regional vəziyyətə son dərəcə mənfi təsir göstərən və İrəvanla Bakı arasındakı dialoqun normallaşmasına kömək etməyən, iki tərəfin əhalisi arasındakı əsassız itkilərə səbəb olan istənilən təzahürü narahatlıqla qəbul edirik”.

Zaxarovanın sözlərinə görə, Rusiyanın mövqeyi yaxşı bilinir. “Sərhəd insidentlərinin həlli yalnız siyasi və diplomatik tədbirlərlə həyata keçirilməlidir. Qarşıdurma ritorikasından və güc metodlarından çəkinmək son dərəcə vacibdir. Qarşılıqlı məqbul uzlaşmaları tapmaq üçün sistematik, əzmkar iş tələb olunur. Hər iki tərəfi buna təşfiq edirik”.

XİN sözçüsünün sözlərinə görə, Moskva əmindir ki, davamlı deeskalasiya yalnız Ermənistan və Azərbaycan arasındakı sərhədin sonrakı demarkasiyası ilə delimitasiya işlərinə dərhal başlanılması ilə təmin edilə bilər. “Bu səylərimizi əlimizdəki kartoqrafik məlumatlarla dəstəkləməyə hazırıq. Rusiya tərəfi müzakirələri konstruktiv bir kanala çevirə biləcək bir sıra sənədlər hazırlayıb. Hazırda bu mövzuda əlaqələr Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi, habelə üç ölkənin sərhəd xidmətləri vasitəsilə davam edir”.

Mariya Zaxarova regional sabitlik məsələsinin Rusiya Federasiyası Prezidenti ilə Ermənistanın Baş naziri, Azərbaycan Prezidenti ilə danışıqların mərkəzində olduğunu qeyd edib. “Ermənistan, Azərbaycan və Rusiya liderləri bölgədə, vəzifələrin mürəkkəbliyinə və miqyasına baxmayaraq, optimal həll yolları tapmaq üçün birgə fəaliyyətə davam etmək əzmlərini təsdiqləyib, 9 noyabr 2020 və cari ilin yanvarın 11-nə aid razılaşmaların ardıcıl və hərtərəfli həyata keçirilməsinə qətiyyətli olduqlarını bildiriblər. Baş nazir müavinlərinin həmsədrliyi ilə üç ölkə liderinin razılaşmalarına uyğun olaraq, yaradılmış işçi qrupun bir neçə məzmunlu müzakirəsini məmnuniyyətlə qeyd edirik, onlar nəqliyyat və iqtisadi əlaqələri bərpa etmək üçün lazımi tədbirlər kompleksini əhatə edir. Ümid edirik ki, yaxın gələcəkdə qrup iclasları davam etdirəcək, bu, Ermənistan və Azərbaycanın, eləcə də bütün Cənubi Qafqazın maraqlarına tam cavab verən ortaq infrastruktur layihələrinin mərhələli şəkildə həyata keçirilməsinə imkan verəcəkdir”.

XİN-in mətbuat katibi bildirib ki, Rusiya tərəfi Dağlıq Qarabağda sabitliyin qorunub saxlanılmasına və dinc həyatın qurulmasına, qaçqın hərbi əsirlərin geri qaytarılması da daxil olmaqla, təcili humanitar məsələlərin həllinə və cəsədlərin qaytarılması / mübadiləsinə mühüm töhfə verir. “Biz Bakı ilə İrəvan arasında etimad tədbirlərinin qurulmasına kömək edirik, BMT QAK və YUNESKO missiyaları üçün bölgəyə girişin təmin olunması üçün çalışmağa davam edirik”.