NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Rusiya vətəndaşı, Rostov-na-Donudan olan İrina Tatti ailəsi ilə birlikdə Qəzza zolağında Fələstinin Həmas hərəkatının girovluğundadır. Bu barədə “Rostov Yəhudi İcması”nın sədri Mixail Potapov məlumat verib.
73 yaşlı təqaüdçü qızı Yelena və nəvəsi Aleksandrla birgə Fələstin-İsrail münaqişəsi başlayan gündən oktyabrın əvvəlindən Qəzzaya aparılaraq girov saxlanılıb.
Potapovun sözlərinə görə, qadın təxminən beş il əvvəl qızı ilə birlikdə İsrailə köçüb. Ailə Qəzza zolağının yaxınlığındakı kiçik bir şəhərdə yaşayırdı.
“Onların taleyi haqqında heç nə məlum deyil”, – Rostov Yəhudi İcmasının sədri bildirib.