Fələstin HƏMAS hərəkatı, Qəzza zolağında humanitar böhran və aclıq bitdikdən sonra atəşkəs danışıqlarının bərpasına hazır olduğunu bildirib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə HƏMAS-ın mətbuat xidmətinə istinadən RİA Novosti məlumat yayıb.
“Yardımı haqlı olaraq ehtiyacı olanlara çatdırmaq və Qəzzadakı humanitar böhranla aclığa son qoymaq şərti ilə, hərəkat danışıqları dərhal bərpa etməyə hazır olduğunu vurğulayır”, – deyə bəyanatda bildirilir.