Həmas atəşkəslə bağlı İsraili ittiham edibbackend

Həmas atəşkəslə bağlı İsraili ittiham edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS-ın yüksək rütbəli lideri İsmayıl Haniyə atəşkəs əldə etmək cəhdlərinin uğursuzluğunun İsrailin günahı olduğunu deyib.

NOCOMMENT.az xəbər verir ki, o bildirib ki, İsrail danışıqlar zamanı müəyyənləşdirilən təminatlara əməl etməyib. HƏMAS danışıqlarda beş əsas şərt qoyub.

Bu şərtlərə tam atəşkəs və müharibənin dayandırılması, İsrail qoşunlarının Qəzzadan çıxarılması, köçkün qəzzalıların öz evlərinə qayıtması, mühasirəyə son qoyulması və humanitar yardım və yenidənqurmanın təmin edilməsi, habelə əsirlərin və girovların mübadiləsi haqqında saziş daxildir.

Haniyə Fələstin Azadlıq Təşkilatının seçkilər yolu ilə yenidən qurulmasını, Qəzzanı və işğal olunan İordan çayının qərb sahilini birləşdirməyi tələb edib.