Həmas-dan girovların siyahısı tələb olundubackend

Həmas-dan girovların siyahısı tələb olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qahirədə İsrail və HƏMAS arasındakı danışıqlarında vasitəçi kimi çıxış edən Misir və Qətər rəsmiləri HƏMAS-dan girovların siyahısını İsrailə verməsini tələb edib. Girovların əldə ediləcək 6 həftəlik atəşkəs razılaşması çərçivəsində azad olunması nəzərdə tutulur.

NOCOMMENT.az xəbər verir ki, “The Guardian” qəzetinin yaydığı məlumata görə, HƏMAS-ın razılaşma çərçivəsində ilk azad edəcəyi yaşlı, xəstə və qadınlardan ibarət 40 girovun siyahısını təqdim etməsi üçün İsrail Qahirədəki danışıqların ikinci günü nümayəndə heyəti göndərməyib.

Xatırladaq ki, bir qədər əvvəl ABŞ prezidenti Co Bayden İsrailin Ramazan ayında Qəzza zolağında döyüş əməliyyatlarını dayandırmağa razılıq verdiyini bildirib.