Həmas ərəb və müsəlman ölkələrinin Qəzza ilə bağlı mövqeyini zəif adlandırırbackend

Həmas ərəb və müsəlman ölkələrinin Qəzza ilə bağlı mövqeyini zəif adlandırır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin radikal HƏMAS hərəkatı Qəzza zolağında baş verənlərlə bağlı müsəlman və ərəb dövlətlərinin mövqeyini zəif adlandıraraq, bu ölkələri İsraili cilovlamaq üçün daha qəti addımlar atmağa çağırıb.

NOCOMMENT.az bildirir ki, müvafiq bəyanat hərəkatın Telegram kanalında dərc olunub.

“[İsrailin Qəzzadakı fələstinlilərə qarşı] davam edən cinayətləri ilə əlaqədar olaraq, [İsrail tərəfinin hərəkətlərini] şifahi qınaqla məhdudlaşdırmağa davam edən ərəb və müsəlman ölkələri hökumətlərinin zəif mövqeyindən təəssüflənirik”, mətndə deyilir. Həmas bu ölkələri “təcili tədbirlər görməyə”, o cümlədən İsraillə əlaqələri saxlayan dövlətlərlə əlaqələri kəsməyə və “[İsrailin] təcavüzünün qarşısını almaq üçün bütün siyasi, diplomatik və iqtisadi təzyiq rıçaqlarından istifadə etməyə” çağırıb.

Hərəkat həmçinin İsrailin Qəzza şəhərində məktəb binasına endirdiyi hava zərbəsini pisləyib, yəhudi dövlətini zolağında yandırılmış torpaq taktikasından istifadə etməkdə və fələstinliləri anklavdan çıxarmaqda ittiham edib.

Bundan əvvəl ərəb mediası Qəzzada Fəhmi əl-Cərcəvi məktəbinin atəşə tutulması nəticəsində 30-dan çox insanın həlak olduğunu bildirmişdi. Hücum edilən binada qaçqın və köçkünlərin yerləşdiyi iddia edilib.

Martın 18-də İsrail ordusu anklavda döyüş əməliyyatlarını bərpa edərək, ona qarşı kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin baş naziri Benyamin Netanyahunun ofisi bunu HƏMAS-ın danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi nümayəndəsi Steven Witkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edib və bildirib ki, Qəzza zolağında əməliyyatın məqsədi bütün girovları azad etməkdir. Radikallar hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ı günahlandırıblar.