HƏMAS fələstinli məhbusların azad edilməsini tələb etdibackend

HƏMAS fələstinli məhbusların azad edilməsini tələb etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az  Rusiya mətbuatına istinadən xəbər verir ki, Radikal HƏMAS hərəkatının hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadalarının” nümayəndəsi Abu Obeydə təşkilatın saxladığı israilli girovların qarşılığında fələstinli məhbusların azad edilməsini tələb edib. Bu barədə RİA Novosti məlumat yayıb.

Obeyda hərəkatın media resurslarında yayımlanan videomüraciətində deyib: “Düşmən əsirlərini azad etmək yalnız onun həbsxanalarında olan bütün fələstinli məhbusları azad etməklə mümkün olacaq”.

Onun sözlərinə görə, əgər İsrail tərəfi girovlar və məhbuslarla məsələni dərhal həll etmək istəyirsə, HƏMAS buna hazırdır.