HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcəkbackend

HƏMAS fevralın 8-də üç israilli girovu azad edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fevralın 8-də Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında saxlanılan üç israilli girovu azad edəcək, onlardan biri Ohad Ben-Ami Almaniya vətəndaşıdır.

NOCOMMENT.az apa-ya istinadən xəbər verir ki, müvafiq bəyanatı HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam Briqadaları” qrupunun nümayəndəsi Əbu Ubeydə yayıb.

“İsrail ilə mübadilə sazişinin bir hissəsi olaraq, biz şənbə günü, fevralın 8-də Eliyahu Şərabi, Or Levi və Ohad Ben-Amini azad etmək qərarına gəldik”, – o “Telegram” kanalında yazıb.