Həmas girovlarla bağlı danışıqların davam etdirilməsi üçün şərtləri açıqladıbackend

Həmas girovlarla bağlı danışıqların davam etdirilməsi üçün şərtləri açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Radikal İslami Fələstinin HƏMAS hərəkatı İsrailin Qəzza zolağına təcavüzünü dayandırmadan qalan girovları azad etməyəcək.

NOCOMMENT.az xəbər verir ki, danışıqların davam etdirilməsi üçün belə şərtləri hərəkatın Siyasi Bürosunun üzvü Usamə Həmdan Əl-Cəzirə telekanalının efirində bildirib .

“Biz təsdiq edirik ki, İsrailin xalqımıza qarşı təcavüzü və Qəzza zolağı dayanana qədər heç bir danışıqlar və ya girovların mübadiləsi olmayacaq”, – HƏMAS-ın yüksək rütbəli rəsmisi deyib.

Bundan əvvəl HƏMAS Siyasi Bürosunun sədr müavini Saleh əl-Aruri hərəkatın Qəzza zolağında hərəkatın girovu olan bütün qadın və uşaqları azad etdiyini bildirib .