HƏMAS hər gün 10 girovu azad edəcəkbackend

HƏMAS hər gün 10 girovu azad edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, HƏMAS hərəkatı İsraillə barışıq şərtlərinə əsasən gündə 10 israilli girovu azad etmək niyyətindədir. Bu barədə Livanın “Al Shark” qəzeti saziş layihəsi ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.

Atəşkəsin beş gün davam edəcəyi qeyd edilir.

“HƏMAS və “İslami Cihad”  yaraqlıları oktyabrın 7-dən bəri əsir saxlanılan 10 girovu İsrail həbsxanalarından 30 fələstinli məhbusun müqabilində hər gün azad etməyə razılaşıblar”, – məlumatda deyilir.

Bundan əvvəl İsrailin baş naziri Benyamin Netanyahu İsrail Müdafiə Qüvvələrinin (IDF) ehtiyat batalyonlarından birinə səfəri zamanı girovların azad edilməsi ilə bağlı islamçı HƏMAS hərəkatı ilə danışıqlarda irəliləyiş əldə olunduğunu bildirmişdi. Onun sözlərinə görə, tezliklə xoş xəbərlər gözləmək olar.