HƏMAS-ın İrandan aldığı məbləğ açıqlanıbbackend

HƏMAS-ın İrandan aldığı məbləğ açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İran hökuməti HƏMAS-a 200 milyon funt-sterlinqdən çox pul ödəyib.

NOCOMMENT.az xəbər verir ki, İran və İsrail arasında birbaşa qarşıdurma ehtimalının ardığı bir vaxtda, dünən “The Times” qəzeti İran hökuməti tərəfindən HƏMAS-a 200 milyon funt sterlinq ödənildiyini açıqlayıb.

Məlumata görə, “The Times” qəzeti bu haqda İsrailə çatan məktub və sənədlərə istinad edib.

Məktub və sənədlərə əsasən, HƏMAS-ın Qəzzadakı hərbi komandiri, Abul Bara ləqəbi ilə tanınan Mərvan İsanın Qəzzadakı qrupun lideri Yəhya Sənvara yazdığı belə məktublardan birində qruplaşmanın 2014-cü ildən 2020-ci ilə qədər daha dəqiq bir məbləğ olaraq, İrandan 222 milyon dollar aldığı bildirilib.

Sənədlərdə İranın Dəməşqdəki konsulluq binasına edilən hücumda öldürülən SEPAH-ın Qüds qüvvələrinin komandiri Məhəmməd Rza Zahidinin də adı çəkilir. O, Fələstin silahlı qruplaşmalarına yardımda rolu olan şəxs kimi qeyd olunur.