NOCOMMENT.az xəbər verir ki, HƏMAS-ın hərbi qanadının komandir müavini Livanda məhv edilib. Bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Jurnalistlər həmin şəxsin Sur şəhərində hücuma məruz qalan avtomobildə olduğunu qeyd ediblər. İsrail Müdafiə Qüvvələrinin sözçüsü hücumu təsdiqləyib. Onlar Livandan İsrailə edilən hücumların arxasında həmin şəxsin olduğunu bildiriblər.
Oktyabrın 7-də HƏMAS “Əl-Əqsa” daşqını əməliyyatına başladığını elan etdikdən sonra Qəzza zolağından minlərlə HƏMAS yaraqlısının İsrailə sızmasından sonra Yaxın Şərqdə vəziyyət gərginləşib. Buna cavab olaraq İsrailin baş naziri Benyamin Netanyahu ölkənin müharibə vəziyyətində olduğunu açıqlayıb.