NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Müdafiə Qüvvələrinin (IDF) sözçüsü Rafael Rafoviç BFMTV-də bildirib ki, şənbə günü azad ediləcək Qəzza zolağında saxlanılan girovların ikinci qrupuna 13 nəfər daxil olacaq.
“Söhbət İsrail həbsxanalarından azad olunacaq 39 terrorçunun müqabilində 13 girovdan gedir”.
Noyabrın 22-də İsrail və HƏMAS Fələstin hərəkatının dörd günlük atəşkəs müqabilində 50 qadın və uşaq girovu azad edəcəyi barədə razılığa gəlib.Bundan əlavə, yəhudi dövlətinin hökuməti fələstinli məhbusları — ölkənin hər bir vətəndaşı üçün üç nəfəri həbsxanalardan azad etməyi öhdəsinə götürdü.