HƏMAS-ın rəhbərliyi ilə danışıqlar – Hakan Fidan Qətərə gedirbackend

HƏMAS-ın rəhbərliyi ilə danışıqlar – Hakan Fidan Qətərə gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Qəzza zolağı ilə bağlı məsələnin nizamlanması üçün səylərini artırır. Bu məqsədlə ölkənin xarici işlər naziri Hakan Fidan Qətərə səfər edəcək.

NOCOMMENT.az xəbər verir ki, məlumatı Türkiyə mətbuatı yayıb. Bildirilib ki, nazir bu ölkədə Qətər əmiri və HƏMAS-ın rəhbərliyi ilə danışıqlar aparacaq.

Bundan başqa, Ankara Qəzza üzrə İslam Əməkdaşlıq Təşkilatı və Ərəb Dövlətləri Liqasının Təmas Qrupunun fəaliyyətini canlandırmaq niyyətindədir.

Qeyd edilib ki, Qərb ölkələri İsraili dəstəkləsələr də, onun İrana qarşı cavab zərbəsi endirəcəyindən qorxurlar. Bununla bağlı narahatlıqlarını Türkiyəyə bildirirlər.