HƏMAS-ın yüksək rütbəli komandirləri ÖLDÜRÜLDÜbackend

HƏMAS-ın yüksək rütbəli komandirləri ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında Fələstinin HƏMAS radikal hərəkatının 4 nümayəndəsini öldürüb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb. 

“Son bir neçə saat ərzində İDF əsgərləri HƏMAS-ın 4 tanınmış yaraqlısını məhv edib: “Həmas”ın bu təşkilatın mərkəzi bölməsində Hərbi Dəniz Qüvvələrinin komandiri Cəmil Baba və tank əleyhinə bölməyə rəhbərlik edən Məhəmməd əs-Səfadi, “Həmas”ın tank əleyhinə bölməsində xidmət edən tanınmış döyüşçü Mumin əl-Hicazi və silahlıların texniki-istehsalat şöbəsində yüksək vəzifə tutan Məhəmməd Avadallah da məhv edilib”, – deyə məlumatda qeyd edilib.