HƏMAS: İsrail ilə danışıqlarda heç bir irəliləyiş yoxdurbackend

HƏMAS: İsrail ilə danışıqlarda heç bir irəliləyiş yoxdur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail Qətərdə Fələstinin radikal HƏMAS hərəkatı ilə danışıqlarda israrlıdır və yeni razılaşmanın əldə edilməsində heç bir irəliləyiş göstərmir.

NOCOMMENT.az xəbər verir ki, bunu “Əl Mayadeen” telekanalına açıqlamasında HƏMAS Siyasi Bürosunun üzvü Qazi Həməd deyib.

Qazi Həməd qeyd edib ki, danışıqlarda heç bir irəliləyiş yoxdur və “İsrailin mövqeyi barışmaz olaraq qalır”.

O əlavə edib ki, hazırda davam edən məsləhətləşmələr çərçivəsində ideyalar vasitəçilərlə müzakirə olunur. Siyasi Büro üzvü, həmçinin “İsrail tərəfinin dəqiq mövqe olmadan danışıqlara hazır olmadığını” vurğulayaraq bunun “İsrailin baş naziri Benyamin Netanyahunun siyasəti” olduğunu qeyd edib.