Fələstinin HƏMAS hərəkatının nümayəndələri bildiriblər ki, onlar İsraillə razılaşa və ordusunun Qəzza zolağında müvəqqəti qalmasına icazə verə bilərlər.
NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) mənbələrə istinadən məlumat yayıb.
“Qrup [HƏMAS] ilk dəfə olaraq vasitəçilərə bildirib ki, döyüşlər bitdikdən sonra İsrail qüvvələrinin Qəzzada müvəqqəti qalmasına imkan verəcək razılaşma ilə razılaşacaqlar”, – məlumatda bildirilir.
Bundan əlavə, HƏMAS nümayəndələri danışıqlarçılara atəşkəs razılaşması əldə edildikdən sonra azad edəcəkləri ABŞ vətəndaşları da daxil olmaqla girovların siyahısını verib.