HƏMAS İsraili fələstinliləri kütləvi şəkildə öldürməkdə günahlandırdıbackend

HƏMAS İsraili fələstinliləri kütləvi şəkildə öldürməkdə günahlandırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin HƏMAS hərəkatının üzvü Basem Naim iddia edir ki, İsrail ordusu müharibə başlayandan bəri fələstinlilərə qarşı 1130-dan çox kütləvi qətl hadisəsi törədib. Bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.

“İşğalçı qüvvələr bu günə kimi 1130-dan çox qətliam törədib. Onlardan sonuncusu Salah-əd-Din şossesində [Qəzza zolağında] məcburi köçkünlərə qarşı baş verib”, – telekanal qrupun nümayəndəsinə istinadən yazır.

Onun sözlərinə görə, minlərlə fələstinli hələ də Qəzza zolağında dağıntılar altında qalıb və onların yarıdan çoxu uşaqlardır. O, həmçinin bildirib ki, Qəzza zolağında 135-dən çox xəstəxana İsrailin zərbələri nəticəsində minlərlə fələstinli uşağı risk altında qoyub.