NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, İsrail Fələstinin Həmas hərəkatına bütün girovların azad edilməsi və İsraillilərin cəsədlərinin Qəzza zolağından çıxarılması müqabilində atəşkəs təklif etdi, lakin bu fikri rədd etdi. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Mənbələrin məlumatına görə, Fələstin qruplaşması ilə İsrail arasında Misir və Qətərin vasitəçiliyi ilə girovların azad edilməsi ilə bağlı danışıqlar aparılır.
Mənbələr qeyd edib ki, Həmas İsrailin təklifini rədd edib və fələstinli məhbusların azad edilməsini tələb edib.
Həmçinin iddia edilir ki, Həmas İsraildən uzunmüddətli atəşkəs istəyib, lakin İsrail tərəfi bu təklifə cavab verməkdən imtina edib.