HƏMAS İsrailin Qəzzada atəşkəs təklifinə cavab verməyibbackend

HƏMAS İsrailin Qəzzada atəşkəs təklifinə cavab verməyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS radikal hərəkatının rəhbərliyi İsrail hakimiyyəti ilə əldə olunan razılaşma ilə bağlı təşəbbüslərə hələlik yekun cavab verməyib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Amerika prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan Reuters agentliyinə bildirib.

 “HƏMAS”dan hələ heç bir cavab almamışam”, – deyə Ağ Evin sözçüsü bildirib.

Bununla belə, o əlavə edib ki, Birləşmiş Ştatlar ən qısa zamanda cavab alacağını gözləyir və əlavə məlumat əldə olunan kimi təqdim edəcəyinə söz verib.

“HƏMAS-ın rəsmi açıqlamaları o qədər də ürəkaçan deyil”, – deyə Sallivan bildirib.

Milli Təhlükəsizlik Müşavirinin sözlərinə görə, ABŞ bu məsələ ilə bağlı Qətərin baş naziri Şeyx Məhəmməd bin Əbdül Rəhman Əl Tani ilə əlaqə saxlayır.

Bundan əvvəl ABŞ dövlət katibi Antoni Blinken bildirmişdi ki, HƏMAS atəşkəs və girovların azad edilməsi təklifini dərhal qəbul etməlidir.