“Həmas” İsrailin Qəzzaya hücumlarına cavab verdibackend

“Həmas” İsrailin Qəzzaya hücumlarına cavab verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, HƏMAS-ın hərbi qanadı “Əl-Qəssam Briqadaları” İsrailin Qırmızı dəniz sahilində yerləşən Eylat şəhərinə doğru raket atdığını açıqlayıb. Bu barədə Fələstin hərəkatının Telegram kanalında məlumat verilib.

“Əl-Qəssam Briqadaları mülki əhalinin qətliamına cavab olaraq Eylat şəhərinə “Ayaş-250” raketi atıb”, – deyə məlumatda bildirilir.

Noyabrın 4-də ərəb telekanalı Əl-Cəzirə İsrail Hərbi Hava Qüvvələrinin Qəzzanın şimalında mülki şəxslərin yerləşdiyi UNRWA (Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlətmə Agentliyi) məktəbini bombaladığını bildirib.