HƏMAS: İsrailin “təhlükəsiz zona” ritorikası yalandırbackend

HƏMAS: İsrailin “təhlükəsiz zona” ritorikası yalandır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS, köçkün fələstinlilərə qarşı qırğınlar həyata keçirən İsrailin “təhlükəsiz zona” ritorikasının yalandan başqa bir şey olmadığını bəyan edib.

NOCOMMENT.az xəbər verir ki, bəyanatda “işğalçı qüvvələrin təhlükəsiz bölgə danışığının yalandan başqa bir şey olmadığı” vurğulanıb.

“​Düşmən qüvvələri evlərini tərk edərək yerlərə getmək istəyən mülki şəxslərə qarşı hücumlarını davam etdirir. Təhlükəsiz zonalar elan edildi. Nəhayət, Əl-Megazi Qaçqınlar Düşərgəsindəki qırğında əksəriyyəti uşaq və qadın olmaqla 100 şəhid oldu”, – bəyanatda bildirilib.

Açıqlamaya görə, İsrailin “təhlükəsiz zona” iddiası ilə ictimaiyyəti və beynəlxalq mətbuatı çaşdırmağa çalışdığı, “təhlükəsiz zona” elan edilən yerlərin silahsız mülki əhalinin hədəf alındığı “insan tələləri”nə çevrildiyi bildirilib. .