HƏMAS İsraillə danışıqlardan imtina etdibackend

HƏMAS İsraillə danışıqlardan imtina etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatının sözçüsü bildirib ki, İsrail ordusu Qəzza zolağında döyüşləri davam etdirdiyi müddətcə girov məsələsi ilə bağlı danışıqlara qayıtmayacaq.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Axios portalı məlumat yayıb.

“HƏMAS sözçüsü nikbinliyi dağıdıb və İsrail Qəzza zolağında müharibəni davam etdirərkən hərəkatın girov müqaviləsi ilə bağlı danışıqları davam etdirməyəcəyini söyləyib”, – agentlik bildirib.

Reuters xəbər verir ki, Qəzza zolağında saxlanılan israilli girovların azad edilməsi ilə bağlı İsrail və HƏMAS arasında danışıqlar gələn həftə başlamalıdır. Bu barədə qərar İsrailin “Mossad” kəşfiyyatının rəhbəri David Barneanın ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Berns, Qətərin Baş naziri Məhəmməd bin Əbdülrəhman bin Cassim Al Tani ilə görüşündən sonra qəbul edilib.

İsrailin hərbi kabineti HƏMAS-ın 2023-cü ilin oktyabrında götürdüyü girovların İsrail həbsxanalarında olan fələstinli məhbuslarla dəyişdirilməsi ilə bağlı danışıqlara qayıtmağı əmr edib.