HƏMAS İsraillə hərtərəfli məhbus mübadiləsi sazişi imzaladıbackend

HƏMAS İsraillə hərtərəfli məhbus mübadiləsi sazişi imzaladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin Həmas hərəkatı İsraillə hərtərəfli məhbus mübadiləsi sazişi bağlamağa hazır olduğunu bildirib. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalına  radikal təşkilatın rəhbərliyinin nümayəndəsi Qazi Həməd məlumat verib.

“Əgər İsrailin əsir götürdüyü əsgərlərinin azad edilməsinə nail olmaq üçün ciddi niyyəti varsa, o zaman biz hərtərəfli saziş bağlamağa hazırıq”.

Oktyabrın 7-də yəhudi dövlətinə hücum zamanı əsir götürülən 200-ə yaxın İsrail hərbçisi HƏMAS-ın əlində qalır. Radikallar İsrail həbsxanalarında saxlanılan tərəfdarları ilə mübadilə axtarırlar.

Bundan əvvəl hərəkatın Telegram kanalı humanitar barışıq çərçivəsində İsrail hakimiyyəti tərəfindən günün sonuna qədər azad ediləcək 30 fələstinli məhbusun siyahısını dərc edib. İsrail tərəfinin azad etdiyi şəxslərin siyahısına əksəriyyəti Şərqi Qüds və ətraflarından, digərləri isə İordan çayının qərb sahilindən olan 15 qadın və 15 yeniyetmə daxildir.