İsrailli girovların azad edilməsi yalnız Qəzza zolağında atəşkəsin rəsmi elanından sonra başlayacaq.
NOCOMMENT.az xəbər verir ki, bu barədə fələstinli HƏMAS hərəkatının siyasi büro üzvü Usamə Həmdan Quds portalına açıqlamasında bildirib.
“Girov mübadiləsi yalnız müharibənin rəsmi şəkildə başa çatdığı elan edildikdən sonra başlayacaq”, – HƏMAS nümayəndəsi qeyd edib.
Xatırladaq ki, oktyabrın 9-da Qəzza zolağında İsrail və HƏMAS arasında atəşkəs qüvvəyə minib. Trampın vasitəçiliyi ilə əldə edilən razılaşmanın ilk mərhələsi çərçivəsində hər iki tərəfdəki bütün girovlar azad ediləcək və İsrail ordusu razılaşdırılmış xətlərə geri çəkiləcək.
Sülh planının birinci mərhələsinə əsasən, HƏMAS 72 saat ərzində israilli girovları azad etməyi öhdəsinə götürür. Cavab olaraq İsrail 24 saat ərzində qoşunlarının bir hissəsini anklavdan çıxaracaq və 2 min fələstinli məhbusu azad edəcək.