Həmas lideri Qahirədədirbackend

Həmas lideri Qahirədədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə İsrailin Qəzza zolağına hücumlarında baş verən hadisələrlə bağlı ölkə rəsmiləri ilə görüşmək üçün Misirin paytaxtı Qahirəyə gedib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə HƏMAS-ın yazılı açıqlama verib.

Məlumata görə, görüşlərdə “İsrailin hücumlarının dayandırılması və Qəzza zolağında blokadanın dayandırılması” məsələləri müzakirə olunacaq. Danışıqların Misir və Qətərin vasitəçiliyi ilə keçirildiyi bildirilib.

Qeyd edək ki, Misir hakimiyyəti HƏMAS liderinin səfəri ilə bağlı hələlik açıqlama verməyib.