Həmas liderinin müavini ÖLDÜRÜLDÜbackend

Həmas liderinin müavini ÖLDÜRÜLDÜ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsrail 7 oktyabr terror hücumunun təşkilatçılarından olan HƏMAS Silahlı liderinin müavinini öldürüb.

NOCOMMENT.az xəbər verir ki, İsrail ordusunun generalı Daniel Haqari, Kəşfiyyat İdarəsi tərəfindən alınan məlumatları bölüşərkən belə deyib.

Onun sözlərinə görə, Marvan Issa, təxminən iki həftə əvvəl Razi Abu Tamaa adlı başqa bir yüksək rütbəli döyüşçü ilə birlikdə öldürülüb:

“Marvan Issa, Məhəmməd Deyfin müavini, HƏMAS-da 7 oktyabr qırğınının təşkilatçılarından biri olub. HƏMAS Mərkəzi düşərgələrinin keçmiş briqada komandiri Razi Abu Təma, HƏMAS-ın bütün birləşmələrini silahlandırmaqda olub. Qəzza zolağında Şifa Xəstəxanasında məqsədyönlü əməliyyatı davam etdiririk. İndiyə qədər Şin Bet ilə birlikdə Həmas və İslam cihadın üzvləri kimi bilinən 500-dən çox terrorçunu həbs etmişik. Hətta son bir neçə gündə biz yüksək səviyyəli terrorçuları, o cümlədən xeyli informasiyaya malik olanları saxlamışıq”.