HƏMAS liderləri dərhal təslim olmalıdırlarbackend

HƏMAS liderləri dərhal təslim olmalıdırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS-ın liderlərli dərhal təslim olmalıdır”.

NOCCOMMENT.az xəbər verir ki, Almaniya Kansleri Olaf Şolts Qəzza zolağındakı vəziyyət barədə danışarkən belə deyib. Bildirib ki, müharibənin dərhal bitməsi üçün bu vacibdir.

Şolts, həmçinin anklavda humanitar vəziyyətin yaxşılaşdırılmasına çağırış edib:

“Fələstin ərazilərində humanitar yardımların çatdırılması çətin vəziyyətdədir. Beynəlxalq yardım təşkilatlarının xəbərdarlıqları nəzərə alınmamalıdır. İsrail hökuməti Qəzzanın mülki əhalisinin daha yaxşı müdafiəsini və bu münaqişədə humanitar yardıma daha yaxşı çıxışı təmin etmək üçün əlindən gələni etməlidir. Bu müharibə dərhal bitə bilər. HƏMAS qeyri-insani fəaliyyətinə son qoymalı və Qəzzanın iki milyon sakinini girovluqdan azad etməlidir. Onların liderləri təslim olmalıdır. Mən İrana səslənirəm, istəyirəm ki, bu münaqişəni daha da alovlandırmasınlar. Hizbullahın raket hücumları və husilərin Qırmızı dənizdəki hücumları beynəlxalq təhlükəsizliyə ciddi təhdiddir”.