HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edibbackend

HƏMAS Misir və Qətərin Qəzzada atəşkəslə bağlı şərtlərini qəbul edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs şərtlərini danışıqlarda vasitəçilik edən Misir və Qətərdən qəbul edib.

NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu barədə Qətərin “Al Jazeera” telekanalı HƏMAS Siyasi Bürosunun üzvü Xəlil əl-Hayiyə istinadən məlumat yayıb.

“HƏMAS müsbət cavab verdi. Misir və Qətərin bu ərazidə hərbi əməliyyatları dayandırmaq təklifini qəbul etdi”, – o söyləyib.

Əl-Haya təşəbbüsün təfərrüatlarını açıqlamayıb. Lakin bir neçə İsrail media orqanı yenilənmiş və uzadılmış atəşkəs müqabilində beş israilli məhbusun azad ediləcəyini bildirib.