HƏMAS-ın Dohadakı iqamətgahı İsrail tərəfindən bombalanan zaman qrupun Qəzzadakı lideri Xəlil əl-Heyan sağ qalıb.
NOCOMMENT.az report-a istinadən xəbər verir ki, bu iddia ilə HƏMAS hərəkatının müvafiq bəyanatında bildirilib.
“HƏMAS-ın Qəzzadakı lideri Xəlil əl-Heyan Dohada mərhum oğlu Humamın məzarını sıx təhlükəsizlik şəraitində ziyarət edib”, – məlumatda qeyd olunub.