HƏMAS Qəzza razılaşmasını rədd edibbackend

HƏMAS Qəzza razılaşmasını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstinin HƏMAS hərəkatı Qəzza zolağında atəşkəs və girov mübadiləsi ilə bağlı son təklifin bütün şərtlərini rədd edib.

NOCOMMENT.az xəbər verir ki, u barədə İsrailin yüksək rütbəli rəsmisi “The Times of Israel” qəzetinə bildirib.

“HƏMAS son girovların dəyişdirilməsi təklifinin bütün aspektlərini rədd etdi”, – deyə rəsmi nəşrə bildirib.

Onun sözlərinə görə, HƏMAS tələb edir ki, sazişin birinci mərhələsi İsrail ordusunun Qəzza zolağından tam çıxarılması, daimi atəşkəs və ikinci mərhələdə fələstinlilərin məhdudiyyətsiz olaraq anklavın şimalına qayıtmasına zəmanət versin. Hərəkat həmçinin, azad edilən hər girov üçün tələb etdiyi fələstinli məhbusların sayını və HƏMAS-ın da azad etmək istədiyi məhkum edilmiş cinayətkarların sayını artırıb.

İsrail rəsmisi bildirib ki, HƏMAS ilk mərhələdə yaşı 50-dən yuxarı olan 20-yə yaxın girovu azad etməyə hazırdır, lakin bundan əvvəl “altı həftəlik atəşkəs” tələb edir. O, həmçinin qeyd edib ki, HƏMAS-ın Qəzza zolağındakı lideri Yəhya Sinvar sövdələşmədə maraqlı deyil və İsrailin Amerikanın təklifinin parametrləri ilə bağlı çevikliyinə baxmayaraq, qəzzalıların əzablarına əhəmiyyət vermir.