Həmas Qəzzanın hər tərəfdən hücuma məruz qaldığını bildirdibackend

Həmas Qəzzanın hər tərəfdən hücuma məruz qaldığını bildirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Fələstinin Həmas hərəkatı Qəzza zolağının İsrail tərəfindən “qurudan, dənizdən və havadan” hücuma məruz qaldığını bildirib. Bu barədə TASS məlumat yayıb.

Oktyabrın 27-də axşam saatlarında İsrail Müdafiə Qüvvələrinin sözçüsü Daniel Haqari bildirib ki, İsrail Qəzza zolağında quru manevrlərinin əhatə dairəsini genişləndirir. Onun sözlərinə görə, hərbçilər son bir neçə saat ərzində Qəzza zolağında hava hücumlarını artırıb və quru əməliyyatlarını davam etdirəcəklər.

Bir qədər əvvəl Qəzza zolağında rabitə və internet xidmətlərinin fəaliyyətini tamamilə dayandırdığı məlum olub.