HƏMAS rəhbəri uzun illər fələstinlilərə yardım edən israilli girov tərəfindən biabır edilibbackend

HƏMAS rəhbəri uzun illər fələstinlilərə yardım edən israilli girov tərəfindən biabır edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az xəbər verir ki, Fələstinli radikallar tərəfindən İsraildən qaçırılan israilli fəal Yoheved Lifşitz Qəzza tunelində HƏMAS rəhbəri Yəhya Sinvarla necə qarşılaşdığını və 7 oktyabr hücumundan utanmalı olduğunu söylədi. Bu barədə The Guardian xəbər verir.

“Sinvar biz gələndən üç-dörd gün sonra meydana çıxdı. Mən ondan soruşdum ki, o, bütün bu illər ərzində sülhü qoruyan insanlara bunu etməkdən necə utanmır”, – 85 yaşlı Lifşits girovların qaytarılması üçün keçirilən mitinqdə deyib.

Keçmiş girov əlavə edib ki, Sinvar ona nə cavab verəcəyini tapmayıb.

Nəşrin məlumatına görə, yaşlı israilli qadın uzun illərdir Fələstinlə sülhün tərəfdarı olub. Lifşits hələ də HƏMAS-ın əlində olan 83 yaşlı əri Oded ilə birlikdə Qəzza zolağındakı xəstə fələstinlilərin İsraildəki xəstəxanalara çatmasına kömək edib.