Fələstinin radikal islamçı HƏMAS qruplaşmasının yaraqlıları girovların siyahısını İsrailə təhvil verib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyinə təşkilatın nümayəndəsi məlumat verib.
Təhvil verilən sənədə əsasən, azadlığa hazır olan 33 girovdan 25-i hələ də sağdır.
Daha əvvəl məlum olmuşdu ki, razılaşmanın ilk 42 günlük mərhələsində HƏMAS İsrail həbsxanalarında saxlanılan fələstinlilərin azad edilməsi müqabilində hərbçilər və mülki qadınlar, həmçinin yaralılar, uşaqlar və qocalar arasından 33 israillini azad etməlidir.