ABŞ prezidenti Donald Trampın Qəzza zolağından fələstinlilərin başqa ölkələrə köçürülməsi təklifi Fələstin davasını məhv etmək üçün qəbuledilməz cəhddir.
NOCOMMENT.az bu barədə radikal HƏMAS hərəkatının nümayəndəsi İzzət ər-Rişkin bəyanatına istinadən xəbər verir.
“Biz ABŞ Prezidenti Donald Trampın Qəzza zolağındakı Fələstin xalqını yenidənqurma bəhanəsi ilə vətənlərini tərk etməyə çağırdığı bəyanatını rədd edirik”, – deyə hərəkat nümayəndəsi qeyd edib.
Ər-Rişkin fikrincə, Amerika liderinin sözləri “Fələstin məsələsini ləğv etmək üçün açıq cəhddir”.
Tramp daha əvvəl Qəzzalıların Misir və İordaniyaya köçürülməsini təklif etmişdi. O, həmçinin qeyd edib ki, anklav yaşayış üçün yararsız olduğu üçün sökülməlidir.