HƏMAS və İsrail arasında mümkün atəşkəs: razılaşma gözlənilirbackend

HƏMAS və İsrail arasında mümkün atəşkəs: razılaşma gözlənilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fələstin təşkilatı HƏMAS İsraillə atəşkəs və girovların azad edilməsi ilə bağlı razılaşmaya razılıq verib. Razılaşmanın bir neçə gün ərzində imzalanacağı gözlənilir.

NOCOMMENT.az xəbər verir ki, bu barədə radikal hərəkatla yaxınlığı olan “Maan” agentliyi məlumat yayıb.

“Maan agentliyinin mənbələri ehtimal edir ki, razılaşma bu həftə ərzində və ya gələn həftənin əvvəlində imzalanacaq və ictimaiyyətə açıqlanacaq”, — deyə materialda qeyd olunur.

İsrailli rəsmilər “Kipa” agentliyinə bildiriblər ki, atəşkəsin gələn bazar günü elan olunması planlaşdırılır, lakin razılaşmanın bütün detalları tam dəqiqləşdirilərsə, bu, artıq cümə günü də baş verə bilər.

Razılaşmaya əsasən, 60 günlük atəşkəs müddətində 10 israilli girovun azad olunması qarşılığında uzunmüddətli həbs cəzası çəkən 150 fələstinli və 2023-cü il oktyabrın 7-dən sonra Qəzza sektorunda həbs olunmuş 1100 nəfər azad ediləcək.