HƏMAS xəstəxanadan baza kimi istifadə edirbackend

HƏMAS xəstəxanadan baza kimi istifadə edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“HƏMAS Şifa xəstəxanasından baza kimi istifadə edir”.

NOCOMMENT.az xəbər verir ki, İsrail müdafiə qüvvələrinin sözçüsü Daniel Haqari belə deyib.

O, HƏMAS-ın yüksək rütbəli yaraqlılarının orada yenidən toplandığını və hücumları həmin binadan idarə etdiyini bildirib:

“İsrail ordusu təcili tədbirlər görülməsini tələb edən konkret kəşfiyyat məlumatlarına əsasən Şifa xəstəxanasının məhdud ərazilərində yüksək dəqiqlikli əməliyyat keçirir. Biz bilirik ki, HƏMAS-ın yüksək rütbəli terrorçuları Şifa xəstəxanasında yenidən toplaşıb. İsrailə qarşı hücumları idarə etmək üçün bu xəstəxanadan istifadə edirlər. Bizim müharibəmiz Qəzza xalqına qarşı deyil, HƏMAS-a qarşıdır.

Biz HƏMAS-ın arxasında gizləndiyi mülki şəxslərə heç bir zərər vermirik. Ona görə də xəstəxananın mühüm funksiyalarını davam etdirməsini təmin etməklə bu əməliyyatı ehtiyatla həyata keçirəcəyik. Bu səbəbdən xəstəxanada olan xəstələrlə onların öz dilində ünsiyyət qura bilməmiz üçün ərəbcə danışan əsgərlərimiz, ehtiyacı olanlara kömək etmək üçün müdafiə qüvvələrimizin həkimləri var. Biz həmçinin xəstəxanada olan xəstələrə və mülki şəxslərə qida, su və digər ləvazimatlarla təmin etmək üçün humanitar səy göstərəcəyik”.