Həmin gün rus ordusuna belə əmr verilmişdi ki, azərbaycanlıları qırın!backend

Həmin gün rus ordusuna belə əmr verilmişdi ki, azərbaycanlıları qırın!

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“O gün bəşəriyyətin ən faciəvi gecəsi idi. 20 yanvar günü xalqımıza divan tutuldu. Dinc xalqdan nə istədilər, biz də anlamadıq. Hər il 20 yanvar günü biz o gecə yaşadıqlarımızı xatırlayır, şəhidlərimizə Allahdan rəhmət diləyirik”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Moderator.az-a açıqlamasında Xalq artisti Faiq Sücəddinov bildirib:

“Həmin gecə insanlar küçələrə axışdı. Silahlı düşmənin, tankların qarşısında əliyalın dayandı. 20 yanvar gecəsi Azərbaycan xalqının, mərd, cəsur övladların adlarını tarixə qızıl hərflərlə yazdırdığı gündür. O gün çox adam dünyasını dəyişdi. Sovet əsgərləri vətəndaşlarımızı vəhşicəsinə güllədən keçirdilər. Tanklar gəlib bir ailənin bütün üzvlərinin üzərindən keçirdi. Bir maşının içində bir ailəni məhv edirdilər. Güllələri binlara atırdılar, həmin binaların içində yaşayanlar elə evlərindəcə qətlə yetirlirdilər. Tankların üzərində əllərində silah kimə gəldi, necə gəldi atəş açırdılar. Çox dəhşətli gün idi. Sonrakı günlər onlar postlar yaratmışdılar. İnsanlarla vəhşicəsinə davranırdılar. Yada salanda çox həyəcan keçirirəm. Biz o günləri yaşamışıq. Bütün şəhər qan gölünə çevrilmişdi. Bunu unutmaq şəhidlərimizə qarşı hörmətsizlik olar. Çünki bu, sözün əsl mənasında faciə idi.

Orduya belə əmr verilmişdi ki, qırın azərbaycanlıları. O vaxt bir tək AzTV var idi. Onun da enerji blokunu partlatmışdışdılar. Baş verənlər xalqa, insanlara göstərilmirdi. Şəhər zülmətə çevrilmişdi. Çox dəhşətli günlər idi. Bizim nə qədər vətəndaşımız öldü. Çoxunu demədilər.
Nəhayət Moskvada Ulu öndər Heydər Əliyev bu hadisə ilə bağlı bütün dünyaya bəyant verdi. Bundan sonra bütün dünya 20 yanvar faciəsi ilə bağlı məlumatlandı.