Həmkarı Eldəniz Səlimovun yanına getmək istəyirbackend

Həmkarı Eldəniz Səlimovun yanına getmək istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Eldəniz Səlimovun yanına gedə bilməmişəm. Hazırda bildiyiniz kimi istintaq gedir. O baxımdan görüşə bilməmişik”.

NOCOMMENT xəbər verir ki, bunu modern.az-a açıqlamasında Milli Məclisin deputatı, parlamentdə E.Səlimovla yaxınlığı ilə seçilən Azər Badamov deyib.

Deputat həbsdə olan həmkarı ilə uzun müddət dostluq əlaqələrinin olduğunu söyləyib: “Əlbəttə, istəyərdim yanına gedim. Parlamentdə də bir yerdə otururduq. Uzun müddətdir dostluq edirik. Təəssüf ki, belə hadisə oldu”.

Qeyd edək ki, A.Badamov parlamentdə E.Səlimovla eyni masa arxasında yanaşı əyləşib. Onun deputat həmkarı Səlimov artıq 10 gündür ki, həbsdədir.