Həmkarı Makronun Ukrayna ilə bağlı təklifini PİSLƏDİbackend

Həmkarı Makronun Ukrayna ilə bağlı təklifini PİSLƏDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Litva Prezidenti Gitanas Nauseda Fransa Prezidenti Emmanuel Makronun Ukraynanın Avropa İttifaqına (Aİ) üzvlüyü ilə bağlı “Avropa siyasi cəmiyyəti” adlı təşkilatın yaradılması təklifini tənqid edib.

NOCOMMENT.az xəbər verir, Nauseda Fransanın təklifinin Ukraynada məyusluğa səbəb ola biləcəyini bildirib.

“Bu, qətiyyən yaxşı fikir deyil və məncə, belə təkliflər verməzdən əvvəl Ukraynanın bu cür təkliflərlə bağlı fikrini və onların gözləntilərinə cavab verib-vermədiyini soruşmaq lazımdır”, – deyə dövlət başçısı qeyd edib.

Prezident Nauseda Makronun Ukraynanın namizədlik prosesinin tamamlanmasının illər çəkə biləcəyi ilə bağlı açıqlamasından məyus olmadığını, bu vəziyyətdən xəbərdar olduğunu vurğulayıb.

Xatırladaq ki, Makron Ukrayna kimi Avropa İttifaqı (Aİ) ilə eyni dəyərləri paylaşan ölkələrin “Avropa siyasi cəmiyyəti” adlı təşkilatda birləşməsini təklif edib. O, Britaniya, Ukrayna, Moldova, Gürcüstan kimi ölkələrin bu təşkilata üzv olmasının vacibliyini vurğulayıb.

“Yeni təşkilat dəyərlərimizə sadiq olan demokratik Avropa dövlətlərinə təhlükəsizlik, enerji və nəqliyyat kimi sahələrdə əməkdaşlıq üçün yeni məkan tapmaq imkanı verəcək”, – deyə Fransa Prezidenti bildirib.
Modern.az