Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edirbackend

Həmsədrlərin Qarabağa gedə bilməməsi bizi narahat edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiya ATƏT-in Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağa səfər edə bilməməsindən narahatdır”.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, bunu Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.

“Bizi nə narahat edir? Həmsədrlər üçlüyü hələlik regiona səfər edə, vəziyyətlə tanış ola, insanlar arasında əlaqələrin qurulmasında və humanitar problemlərin həllində tərəflərə kömək etmək üçün konkret tədbirlər müəyyən edə bilməyiblər”, – deyə Lukaşeviç qeyd edib.

Eyni zamanda, rusiyalı diplomat ümid etdiyini bildirib ki, “çox yaxın gələcəkdə həmsədrlərin üçlüyü hələ də regiona səfər edə, həmçinin Ermənistan və Azərbaycanın siyasi rəhbərliyi ilə danışa biləcək”.