Hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldıbackend

Hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda qalın duman səbəbindən Boğaziçi boğazında hər iki istiqamətdə gəmilərin hərəkəti dayandırılıb.

NOCOMMENT.az Türkiyə Sahil Mühafizəsinin Baş İdarəsinə istinadən xəbər verir ki, növbədə 301 gəmi var.

Departamentin açıqlamasında bildirilir ki, gəmilərin boğazdan keçidi bazar günü yerli vaxtla saat 04:15-dən dayandırılıb.

Bildirilir ki, saat 08:30-da Bosfor boğazından tranzit üçün növbəyə duran Rusiya bayrağı altında üzən gəmilər də var.

İstanbulun bəzi ərazilərində güclü duman müşahidə olunur.