Hərbçilərə ikinci ev verilə bilərmi? – Qanun deyir ki…backend

Hərbçilərə ikinci ev verilə bilərmi? – Qanun deyir ki…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Müzəffər Ordunun güclənməsi ilə yanaşı onun şəxsi heyətinin sosial müdafiəsinin təmin olunması da daim dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.

Son illərdə hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması, mənzil və tibbi təminatın gücləndirilməsi istiqamətində ardıcıl addımlar atılır. Bu sahədə həyata keçirilən tədbirlər həm də ordunun döyüş ruhunun və şəxsi heyətin xidmətə motivasiyasının artırılmasına xidmət edir. Bu gün ipoteka yolu ilə mənzil alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq ev hədiyyə olunması məsələsi ictimaiyyətdə maraq doğurur.

Bəs ipoteka yolu ilə mənzil alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq ev hədiyyə oluna bilərmi?

Mehman Muradlı

Məsələ haqda NOCOMMENT.az-a danışan Azərbaycan Vəkillər Kollegiyasının üzvü Mehman Muradlı deyib ki, bu, qanunvericilikdə nəzərdə tutulmayıb:

“Hərbçilərə təqdim edilən ipoteka kreditləri artıq xüsusi güzəşt mexanizmi əsasında həyata keçirilir. Ev hədiyyə oluna bilməz. İpoteka onlara sırf hərbçi olduqlarına görə verilir. Üstəlik, bu kreditlər illik 4 faizlə təqdim olunur ki, bu da faktiki olaraq bir növ sosial dəstək, yəni hədiyyə kimi qiymətləndirilə bilər. Həmin şəxslərə əlavə olaraq Müdafiə Nazirliyi tərəfindən mənzil verilməsi birmənalı şəkildə mümkün deyil”.

Vəkil bildirib ki, dövlətin əsas məqsədi hərbçilərin mənzil şəraitinin yaxşılaşdırılmasıdır və bu, hazırda güzəştli ipoteka proqramları vasitəsilə həyata keçirilir.

“Bundan kənar əlavə mənzil təminatı mexanizmi mövcud deyil. Ona görə də ipoteka ilə ev alan hərbçilərə xidmətlərinə görə əlavə olaraq mənzil hədiyyə olunması hüquqi baxımdan mümkünsüz sayılır”, – vəkil vurğulayıb.

Tunar
NOCOMMENT.az