Hərbçilərimiz sülhməramlılara yerlərini göstərdilər: Ermənilər geri qaytarıldılar…backend

Hərbçilərimiz sülhməramlılara yerlərini göstərdilər: Ermənilər geri qaytarıldılar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidən Kəlbəcərdə yerləşən Xudavəng monastırına gəlmək istəyən ermənilər əraziyə buraxılmayıblar.

NOCOMMENT publika.az-a istinadən xəbər verir ki, erməni mənbələr səfərin Rusiya sülhməramlılarının müşayiəti ilə həyata keçirildiyini yazırlar.

Sülhməramlıların müşayiəti ilə Xankəndidən Kəlbəcərə doğru yola çıxan erməniləri Azərbaycan hərbçiləri dayandırıblar və bildiriblər ki, səfər haqqında öncədən məlumat verilməlidir. Bunu etmədikləri üçün keçidə icazə verə bilməzlər.

Ermənilər keçid icazəsi almaq üçün 3 saat gözləyiblər, lakin yenə də əraziyə daxil ola bilməyiblər. Daha sonra onlar Xankəndiyə qayıdıblar.

Müharibədən sonra Azərbaycan ermənilərin Xudavəng monastırında ibadət etməsinə icazə verir, lakin bu haqda əvvəlcədən xəbər vermək lazımdır. İndiyə qədər monastırı ziyarət edən ermənilərin təxribat xarakterli addımları müşahidə olunub, bununla yanaşı, monastır ətrafında rus sülhməramlılarının da funksiyasından kənar, ermənilərin xeyrinə fəaliyyəti ilə qarşılaşmışıq. Burada diqqətçəkən əsas məqam Azərbaycan hərbçilərinin rus sülhməramlılarına rəğmən, erməniləri əraziyə buraxmamasıdır.

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin fəaliyyətə başlamasından sonra bu, artıq rus sülhməramlıların bölgədə indiyə qədər istədiklərini edə bilməməsinin növbəti nümunəsidir. Bir neçə gün öncə Fransadan olan jurnalistlərin Ermənistanın icazəsi ilə Xankəndiyə baş çəkmək istəyinin qarşısı alınıb, onlara – “bura Azərbaycan torpağıdır, icazəni Bakıdan almalısınız”, – deyilib. Xudavəngə icazəsiz gəlişin qarşısının alınması da bu prosesin davamı hesab oluna bilər.

Türkiyə hərbçilərinin gəlişindən sonra əli güclənən Azərbaycan müharibədən sonra baş verən xoşagəlməz hallara imkan vermir.