Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdubackend

Hərbçilərimiz Türkiyədə təlimləri başa vurdu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Ordusunun daha bir qrup hərbçisi Türkiyədə təlimləri başa vurub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi tviterdə məlumat yayıb.

Təlimlər Türkiyənin Çanaqqala şəhərində yerləşən 18-ci Mexanikləşdirilmiş Piyada Briqada Komandanlığında keçirilib.

“Qardaş Briqada” layihəsi çərçivəsində azərbaycanlı hərbçilər üçün keçirilən tədbirlər başa çatıb”, – nazirlikdən qeyd olunub.

Təlimlərin sonunda mükafatlandırma mərasimi keçirilib.